Hansı hallarda tibbi yardım almaq üçün müraciət etmək mütləqdir.
Sizdə COVID-19 üzrə
təcili xəbərdaredici əlamətlərin inkişaf etdiyi təqdirdə, dərhal 103 və ya 15-42 nömrələrinə zəng edib tibbi yardım almağınız vacibdir.
Təcili xəbərdaredici əlamətlərə aşağıdakılar daxildir*:
- Tənəffüsün çətinləşməsi
- Döş qəfəsində davamlı ağrının və ya təzyiq hissinin mövcud olması
- Huşun bulanıqlığı və ya xəstənin oyana bilməməsi kimi yeni meydana çıxmış vəziyyətlər
- Dodaqların və ya üzün göyərməsi
* Yuxarıda qeyd edilmiş siyahıya bütün xəbərdaredici əlamətlər daxil edilməmişdir. Özünüzdə digər ağır dərəcəli və ya narahat edici əlamətləri müşahidə etdiyiniz təqdirdə, mütləq öz həkiminizlə və ya 103 nömrəsi ilə təcili yardım xidməti ilə əlaqə saxlamanız və tibb işçisi ilə məsləhətləşməyiniz ciddi tövsiyə olunur.